Liverpul şəhərində avtomobillə insanların üzərinə sürən şəxsin kimliyi müəyyən edilib.
Operativ Media xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Polis məlumatına görə, hadisəni törədən 53 yaşlı Böyük Britaniya vətəndaşıdır.
Hadisə nəticəsində azı 17 nəfər xəsarət alıb. Hazırda hüquq-mühafizə orqanları hadisənin səbəblərini araşdırır. İstintaq davam edir.
22:30
İngiltərə Premyer Liqasında (APL) eyniadlı futbol klubunun qələbəsini qeyd etmək üçün Liverpulun mərkəzinə toplaşan izdihamın üzərinə maşın sürülüb.
Operativ Media xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.
Hadisə zamanı, azı 17 nəfərin yaralandığı bildirilir.
Avtomobil sürücüsü saxlanılıb.






