Hakan Fidan və rusiyalı həmkarı mətbuata bəyanatlarla çıxış ediblər

admin
Hakan Fidan və rusiyalı həmkarı mətbuata bəyanatlarla çıxış ediblər

Türkiyə XİN rəhbəri Hakan Fidan Rusiyaya bu gün rusiyalı həmkarı Sergey Lavrov ilə görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Görüşdən sonra iki nazir mətbuata bəyanatlarla çıxış ediblər.

Türkiyə XİN rəhbəri Hakan Fidan açıqlamasında qeyd edib:

"Dünən mühüm görüşlərimiz oldu. Məni cənab Putin qəbul etdi. Ona prezidentimizin ən səmimi salamlarını və dəyərli mesajlarını çatdırdım. Səfərim Türkiyə ilə Rusiya arasında çoxşaxəli əlaqələri dərindən araşdırmaq imkanı verdi. Bu gün bizim əziz dostum Lavrov və onun komandası ilə ikitərəfli münasibətlərimizin bütün sahələrini, regional əlaqələri, qlobal məsələləri ətraflı müzakirə etmək imkanımız oldu. Coğrafiyamız çox sürətlə dəyişir. Belə bir dövrdə Türkiyə-Rusiya münasibətləri regionumuzda sabitliyin və təhlükəsizliyin təmin edilməsində hər zamankindən daha mühüm rol oynayır. Gündəliyimizdəki bütün məsələləri birbaşa və səmimi şəkildə bütün səviyyələrdə həll edə bilərik. Liderlərimiz arasında uzun illər qayğı və səmimiyyətlə qurulmuş möhkəm əlaqələr mövcuddur. Bu ünsiyyət bizə əlaqələrimizi sağlam və nəticəyönümlü şəkildə aparmağa imkan verir".

Digər xəbərlər