"Azərbaycanfilm" kinostudiyasının ərazisində baş vermiş yanğın söndürülüb - VİDEO - YENİLƏNİB 5

Nərmin Qocamanlı
"Azərbaycanfilm" kinostudiyasının ərazisində baş vermiş yanğın söndürülüb - VİDEO - YENİLƏNİB 5

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının ərazisində baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Operativ Media xəbər verir ki, bu barədə FHN-nin Mətbuat xidməti məlumat yayıb.

***
23:59

Paytaxtın Yasamal rayonunda yerləşən C.Cabbarlı adına kinostudiyanın pirotexniki vasitələr saxlanılan anbarında partlayışla əlaqədar polis əməkdaşları əraziyə cəlb olunub.

DİN-in Mətbuat Xidmətindən Operativ Media-ya bildirilib ki, hazırda təhlükəsizlik tədbirləri görülür. İlkin məlumata görə vətəndaşlardan xəsarət alan yoxdur, ərazi tam nəzarətə götürülməklə xidmət təşkil olunub.

Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

***
23:57

Bu gün saat 23:05 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakının Yasamal rayonu ərazisində partlayış baş verməsi səbəbilə çağırış daxil olub.

Bu barədə Operativ Media-ya TƏBİB-dən bildirilib.

Dərhal çağırış üzrə ilkin olaraq 5 təcili tibbi yardım briqadası əraziyə cəlb edilib.

Hələlik hadisə ilə bağlı təcili tibbi yardım xidmətinə müraciət qeydə alınmayıb.

Ətraflı məlumat veriləcək.

***
23:56

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının ərazisində baş vermiş yanğın qısa müddətdə məhdudlaşdırılıb. 

FHN Mətbuat xidmətindən Operativ Media-ya verilən məlumata görə, hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam edir. 

Əlavə məlumat veriləcək.

***
23:48

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının ərazisində yanğınla müşayiət olunan partlayışın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Operativ Media-ya verilən məlumata görə, məlumatla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub.

Əlavə məlumat veriləcək.

Qeyd edək ki, bəzi media resurslarında “Alov” zavodunda partlayış-yanğın baş verməsi barədə verilmiş məlumat həqiqətə uyğun deyil.

***
23:40

Müdafiə Sənayesi Nazirliyi “Alov” Zavodunda  partayışın baş verməsinə dair yayılan xəbərlərə münasibət bildirib.

Operativ Media xəbər verir ki, Nazirliyin mətbuat xidmətinin məlumatına görə, yayılan xəbərlər həqiqətə uyğun deyil, “Alov” Zavodunda hər hansı partlayış, yanğın baş verməyib.

***
23:26

Bakıda güclü partlayış baş verib.

Operativ Media xəbər verir ki, hadisə Kinostudiyanın köhnə pirotexnika sahəsində qeydə alınıb.

Bildirilib ki, hadisə yerinə fövqəladə xidmətlər cəlb olunub.

Əlavə məlumat veriləcək.

Digər xəbərlər