"Qarabağ"ın futbolçusu həftənin ən yaxşısı seçilə bilər

Əziz Əzizli
"Qarabağ"ın futbolçusu həftənin ən yaxşısı seçilə bilər

UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.

"Operativ Media" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, siyahıda "Qarabağ"ın yarımmüdafiəçisi Marko Yankoviç də yer alıb.

28 yaşlı monteneqrolu oyunçu ilə yanaşı İtaliya "Fiorentina"sından Luka Yoviç, Kiprin AEK (Larnaka) klubundan Anxel Qarsiya və Türkiyənin "Trabzonspor" komandasından Trezege bu ada iddia edir.

Yankoviç Bakıda Belçika "Gent"inə 1:0 hesabı ilə qalib gəldikləri matçda məhsuldar ötürmənin müəllifi olub. Onun görüş ərzindəki ötürmələrinin 67 faizi dəqiq alınıb

Digər xəbərlər