OpenAİ süni intellektli brauzer təqdim edib

Şəfa Hüseynli
OpenAİ süni intellektli brauzer təqdim edib

Amerikanın OpenAI şirkəti oktyabrın 21-də keçirilən təqdimat zamanı süni intellekt əsasında yaradılmış ChatGPT Atlas brauzerini təqdim edib.

Operativ Media xəbər verir ki, bu barədə şirkət özü məlumat yayıb.

Şirkət bildirir ki, brauzer ChatGPT-dən istifadə etməklə müxtəlif problemləri həll etməyə imkan verəcək. Bunlara məzmunun ümumiləşdirilməsi, məhsulların müqayisəsi və ya məlumatların təhlili daxildir.

ChatGPT brauzerdən istifadə edərkən yan paneldən işə salına bilər. Sənədlərdə, e-poçtlarda və ya təqvim dəvətlərində sözü vurğuladığınız zaman o, avtomatik olaraq görünəcək.

ChatGPT Atlas Brauzeri macOS-da yükləmək üçün əlçatandır, Windows, iOS və Android versiyaları tezliklə təqdim olunacaq.

Digər xəbərlər