Dmitri Nazarov qol ötürməsi ilə yadda qaldı

Əziz Əzizli
Dmitri Nazarov qol ötürməsi ilə yadda qaldı

Almaniya 3-cü Liqasında 23-cü turun oyunları keçirilir.

"Operativ Media" xəbər verir ki, millimizin sabiq futbolçusu Dmitri Nazarovun şərəfini qoruduğu “Erzqebirqe” səfərdə “Vehen”in qonağı olub. 3 qolun qeydə alındığı qarşılaşma Aue təmsilçisinin 2-1 hesablı qələbəsi ilə yekunlaşıb.

Nazarov bu matça start heyətində başlayıb və sona kimi meydanda olub. O, komandasının 2-ci qolunun məhsuldar ötürməsini edib.

Aktivində 27 xal olan komanda hazırda 13-cüdü.

Digər xəbərlər