Menyu

Gədəbəydə dağlıq ərazidə yanğın baş verib

Şəfa Hüseynli
Gədəbəydə dağlıq ərazidə yanğın baş verib

Gədəbəy rayonunun Dördlər kəndində dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Operativ Media-ya FHN-dən məlumat verilib. 

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gədəbəy rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Relyefin mürəkkəbliyinə və havanın küləkli olmasına baxmayaraq, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 5 ha sahədə quru ot və kol-kos yanıb.

Ətraf ərazilər yanğından mühafizə olunub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər