Menyu

Nazirliyin əməkdaşı İtaliyada AƏMQET proqramı üzrə PhD elmi dərəcəsi alan ilk azərbaycanlı qadın olub

Operativ Media
Nazirliyin əməkdaşı İtaliyada AƏMQET proqramı üzrə PhD elmi dərəcəsi alan ilk azərbaycanlı qadın olub

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Günay Həsənli İtaliyada Aqrar, Ətraf Mühit və Qida Elmləri və Texnologiyaları Proqramı (AƏMQET) üzrə dövlət proqramı vasitəsilə fəlsəfə doktoru (PhD) elmi dərəcəsi alan ilk azərbaycanlı qadın olub.

Nazirlikdən Operativ Media-ya bildirilib ki, Günay Həsənli 2022-ci ildə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2019–2023-cü illər üçün Dövlət Proqramı” çərçivəsində İtaliyanın Bolonya Universitetində doktorantura təhsilinə başlayıb. ADA Universiteti və İtaliya-Azərbaycan Universitetinin birgə layihəsi çərçivəsində Bolonya Universiteti ilə tədqiqat işlərini davam etdirib.

O, aqrar, ətraf mühit, həmçinin qida elmləri və texnologiyaları istiqamətində doktorantura təhsilini uğurla başa vuraraq fəlsəfə doktoru elmi dərəcəsi alıb.

Hazırda Günay Həsənli Kənd Təsərrüfatı Nazirliyi tabeliyində “Aqroservis” ASC-nin Coğrafi İnformasiya Sistemləri və Layihələrin İdarə Edilməsi Mərkəzinin Vizuallaşdırma və Hesabatlılıq bölməsinin rəhbəri vəzifəsində çalışır.

Bu uğur Azərbaycan qadınının elm və təhsil sahəsində beynəlxalq səviyyədə qazandığı nailiyyətlərin daha bir nümunəsidir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər