Menyu

Zaqatala İcra Hakimiyyətinin vəzifəli şəxsi barəsində cinayət işi başlanıb

Nərmin Qocamanlı
Zaqatala İcra Hakimiyyətinin vəzifəli şəxsi barəsində cinayət işi başlanıb

Zaqatala rayon İcra Hakimiyyəti başçısının Car kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin qanunsuz hərəkətləri  barədə rayon prokurorluğunda araşdırma aparılıb.

Zaqatala rayon prokurorluğundan "Operativ Media"ya verilən məlumata görə, Məhəmməd Huşanovun qeyd olunan vəzifədə işləyərkən müvafiq arayışların verilməsi üçün rüşvət alması və rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə  cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər