Menyu

Türkiyə-Azərbaycan Universitetinin rektoru yüksəkballı abituriyentlərlə görüşüb

Operativ Media
Türkiyə-Azərbaycan Universitetinin rektoru yüksəkballı abituriyentlərlə görüşüb

Avqustun 7-də Türkiyə-Azərbaycan Universitetinin (TAU) rektoru Nəcibə Nəsibova qəbul imtahanlarından yüksək bal toplamış abituriyentlərlə görüşüb.

Operativ Media TAU-ya istinadən xəbər verir ki, Abituriyentlərdən biri Bakı şəhəri Xətai rayonu 257 saylı tam orta məktəbin şagirdi Fatimə Hacıməmmədli I ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanlarında 667.5 bal toplayıb. Abituriyent TAU-da İstanbul Texniki Universitetinin (İTÜ) proqramı əsasında tədris edilən sənaye mühəndisliyi ixtisasını seçməkdə qərarlıdır.

Digər abituriyent Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin (FRİTL) şagirdi Hüseyn Məmmədov I ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanlarında 610 bal toplayıb. Abituriyent TAU-da Orta Doğu Texniki Universitetinin (ODTÜ) proqramı əsasında tədris edilən kompüter mühəndisliyi ixtisasını seçməkdə qərarlıdır.

Rektor qəbul imtahanlarında yüksək nəticə göstərmiş abituriyentləri təbrik edib və onlara uğurlar arzulayıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər