Menyu

"Liverpul" 17 yaşlı müdafiəçi ilə güclənir

Operativ Media
"Liverpul" 17 yaşlı müdafiəçi ilə güclənir

"Liverpul" 17 yaşlı mərkəz müdafiəçisi Mor Ndiaye ilə müqavilə bağlayıb.

Operativ Media xəbər verir ki, bu barədə insayder Fabrisio Romano sosial şəbəkə hesabında paylaşım edib.

Mənbənin sözlərinə görə, Ndiaye, vaxtilə Premyer Liqada çıxış etmiş Demba Baya ("Çelsi" və "Nyukasl"ın şərəfini qoruyub) məxsus olan və Seneqalın ikinci divizionunda mübarizə aparan "Amiti"nin formasını geyinib. 

Sol ayaqlı mərkəz müdafiəçisi 17 yaşadək futbolçular arasında keçirilən dünya çempionatında adından söz etdirib. O, hələ ki, "Liverpul"un gənclər komandasında oynayacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər