Menyu

İkimərtəbəli obyekt yandı - Bir nəfər tüstüdən zəhərləndi

İkimərtəbəli obyekt yandı - Bir nəfər tüstüdən zəhərləndi

Bakı şəhərinin Binəqədi rayonunda ikimərtəbəli obyektdə yanğın olub, bir nəfər tüstüdən zəhərlənib.

Bu barədə "Operativ Media"ya Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Ümumi sahəsi 96 m² olan ikimərtəbəli obyektin (1-ci mərtəbəsi geyim mağazası, 2-ci mərtəbəsi fəaliyyət göstərmir) zirzəmisinin giriş hissəsində istifadəyə yararsız əşyalar 2 m² sahədə yanıb, yüksək temperaturdan 1 ədəd rəf qismən qarsalanıb.

Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib.

Obyekt yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər