ÇSKA - "Qarabağ" matçı belçikalı hakimlərə tapşırıldı
Operativ Media
UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək ÇSKA - "Qarabağ" görüşünün hakim təyinatları açıqlanıb.
Operativ Media xəbər verir ki, qarşılaşmanı Belçikadan olan referi Bram Van Drisşe idarə edəcək.
Ona həmyerliləri Mişel Seeldraeyers və İv De Neve kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kevin Van Damme yerinə yetirəcək.
VAR hakimi Bert Put, AVAR funksiyasını isə Vesli De Kremer icra edəcək.
Qeyd edək ki, ÇSKA Sofiya – "Qarabağ" cavab görüşü iyulun 30-da Bolqarıstanın paytaxtı Sofiyadakı "Vasil Levski" Milli Stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Xatırladaq ki, Bakıda keçirilən ilk oyun 0:0 hesabı ilə başa çatıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net