Suraxanıda kafedə nöqsanlar aşkarlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) daxil olmuş vətəndaş müraciəti əsasında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində fiziki şəxs Soltanov İlham Saməddin oğluna məxsus kafedə plandankənar yoxlama keçirilib.
Operativ Media xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Yoxlama zamanı obyektin qida təhlükəsizliyi baxımından dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi, sanitar-gigiyenik tələblərə və qida ilə təmasda olan səthlərə dair tələblərə əməl edilmədiyi, havalandırma sisteminin və zəruri yuma çanaqlarının olmadığı, soyuducuda korroziya izlərinin müşahidə edildiyi və digər nöqsanlar aşkarlanıb.
Aşkar edilmiş uyğunsuzluqlarla bağlı müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib olunub. Nöqsanlar aradan qaldırılanadək obyektin fəaliyyətinin məhdudlaşdırılması barədə qərar qəbul edilib.