Menyu

Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatının medalları təqdim olundu

Operativ Media
Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatının medalları təqdim olundu

Bakıda keçiriləcək güləş üzrə U-17 dünya çempionatının medalları təqdim olunub.

Azərbaycan Güləş Federasiyasından Operativ Media-ya verilən məlumata görə, çempionatın medalları özünəməxsus dizaynı ilə seçilir.

Medalın kənarlarında Azərbaycanın zəngin mədəni irsini əks etdirən milli xalçaçılıq naxışlarından istifadə olunub.

Bu elementlər yarışın ev sahibi olan Azərbaycanın tarixi-mədəni dəyərlərini ön plana çıxarmaqla yanaşı, medallara xüsusi estetik görünüş qazandırır.

Diametri 10 santimetr olan medallardan ümumilikdə 120 ədəd hazırlanıb. Yarışda 30 qızıl, 30 gümüş və 60 bürünc medal sahibini tapacaq.

Qeyd edək ki, U-17 dünya çempionatı 27 iyul – 2 avqust tarixlərində Milli Gimnastika Arenasında keçiriləcək və 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçini bir araya gətirəcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər