Menyu

Gürcüstanda elektrik kəsintisi ilə bağlı araşdırma başlayıb

Operativ Media
Gürcüstanda elektrik kəsintisi ilə bağlı araşdırma başlayıb

Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti (DTX) iyulun 24-də gecə və iyulun 25-də səhər saatlarında ölkə ərazisində baş verən kütləvi elektrik kəsintiləri ilə əlaqədar təxribat maddəsi üzrə araşdırmaya başlayıb.

Operativ Media xəbər verir ki, bu barədə DTX məlumat yayıb.

Bildirilir ki, ölkə daxilində təkrarlanan irimiqyaslı elektrik kəsintiləri ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 318-ci (təxribat) maddəsi ilə istintaq başladılıb.

Qanunvericiliyə əsasən, bu maddə ölkənin dövlət maraqlarına zərər vurmaq məqsədilə mühüm obyektlərin və ya müəssisələrin normal fəaliyyətinin pozulmasını nəzərdə tutur.

DTX istintaqın gedişi barədə ictimaiyyətin mütəmadi olaraq məlumatlandırılacağını bildirib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər