Menyu

Əmanətlərin Sığortalanması Fondunun investisiya portfeli təxminən 3 dəfəyə yaxın artıb

Nicat Hüseynli
Əmanətlərin Sığortalanması Fondunun investisiya portfeli təxminən 3 dəfəyə yaxın artıb

Bu ilin II rübünün sonuna isə bu göstərici 119,6 milyon manata çatıb.

Operativ Media xəbər verir ki, bu barədə Əmanətlərin Sığortalanması Fondunun İctimaiyyətlə əlaqələr şöbəsinin nümayəndəsi Sevinc Səlimova Milli Mətbuat Günü ilə bağlı təşkil edilmiş Dialoq və Əməkdaşlıq Forumunda deyib.

Onun sözlərinə görə, beləliklə, portfelin həcmi 2022-ci illə müqayisədə təxminən 3 dəfəyə yaxın artıb.

Sevinc Səlimova bildirib ki, bu ilin iyulun 1-nə Fondun investisiya portfelinin 62 %-i Azərbaycan manatında olub: "İnvestisiya portfelinin ​31 %-i ABŞ dollarında, ​7%-i avroda olub. Hesabat dövrünə fondun investisiya portfelinin qalıq dəyəri 119,6 milyon manat təşkil edib".

“2022-ci ilin IV rübündə Fondun investisiya portfelinin ümumi həcmi 42,9 milyon manat (30 milyon manat dövlət istiqrazlarında və 12,9 milyon manat ABŞ Xəzinədarlıq notlarında və veksellərində) təşkil edib”, - deyə o, qeyd edib. 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər