Menyu

ƏDV depozit hesabından DSMF-yə ödəniş etmək mümkün olacaq

Operativ Media
ƏDV depozit hesabından DSMF-yə ödəniş etmək mümkün olacaq

Prezident İlham Əliyev Milli Məclisin iyulun 13-də qəbul etdiyi Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.

Operativ Media xəbər verir ki, dəyişiklik Azərbaycanda neft-qaz sahəsində fəaliyyəti olmayan özəl sektor təmsilçilərinə ƏDV-nin depozit hesabından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) vəsait köçürmək imkanının yaradılmasını nəzərdə tutur.

Sözügedən yenilik 2027-ci il yanvarın 1-dən 4 il müddətinə qüvvədə olacaq, onun şərtləri və qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

Qanun vergi ödəyicilərinin ƏDV depozit hesablarında olan vəsaitlərdən istifadə imkanlarının artırılmasına, sosial öhdəliklərin icrası üçün isə əlavə maliyyə mənbələrinin yaradılmasına, son nəticədə qeyri neft-qaz özəl sektorda fəaliyyət göstərən vergi ödəyicilərinin dəstəklənməsinə xidmət edəcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər