DİN: Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
İyulun 27-də ölkə ərazisində qeydə alınan 38, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması təmin olunub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Operativ Media-ya bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 103, o cümlədən borclu şəxs qismində axtarışda olan 74, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 6, dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 10 fakt müəyyən olunub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə yabanı halda bitmiş 5,2 ton çəkidə 15 min 119 ədəd çətənə kolu aşkarlanaraq məhv edilib.
Qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib. Polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı və 5 tüfəng aşkar edərək götürüblər.
Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.