U-17 dünya çempionatı: Abdurrahman Hüseynli gümüş medal qazandı - YENİLƏNİB (4)
Azərbaycanın yunan-Roma güləşçisi Abdurrahman Hüseynli (51 kq) U-17 dünya çempionatında gümüş medal qazanıb.
Operativ Media xəbər verir ki, o, həlledici görüşdə özbəkistanlı Bunyod Həsənova 0:9 hesabı ilə məğlub olub.
***
28.07.26 (18:02)
Azərbaycanın yunan-Roma güləşçisi Abdurrahman Hüseynli (51 kq) U-17 dünya çempionatında final mərhələsinə yüksəlib.
Operativ Media xəbər verir ki, o, yarımfinal mərhələsində gürücüstanlı Saba Abaşidzeyə (9:3) qalib gəlib.
Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.
***
14:53
Azərbaycanın yunan-Roma güləşçisi Abdurrahman Hüseynli (51 kq) U-17 dünya çempionatında yarınfinal mərhələsinə yüksəlib.
Operativ Media xəbər verir ki, o, 1/4 final mərhələsində ermənistanlı G.Harutyunyanı 6:4 hesabı ilə məğlub edib.
***
13:54
Azərbaycanın yunan-Roma güləşçisi Abdurrahman Hüseynli (51 kq) U-17 dünya çempionatında 1/4 final mərhələsinə yüksəlib.
Operativ Media xəbər verir ki, o, 1/8 final mərhələsində əlcəzairli Lyes Boumazanı 9:0 hesabı ilə məğlub edib.
***
12:15
Azərbaycanın yunan-Roma güləşçisi Abdurrahman Hüseynli (51 kq) U-17 dünya çempionatında 1/8 final mərhələsinə yüksəlib.
Operativ Media xəbər verir ki, o, 1/16 final mərhələsində qazaxıstanlı Kuanişbek Janqajolu 9:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.