Menyu

"Liverpul" PSJ-nin vingeri ilə güclənir

Operativ Media
"Liverpul" PSJ-nin vingeri ilə güclənir

İngiltərənin "Liverpul" klubu PSJ-nin və Fransa milli komandasının vingeri Bredli Barkolya ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb.

​Operativ Media xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira məlumat yayıb. Mənbənin iddiasına görə, Mersisayd təmsilçisi 23 yaşlı futbolçu ilə 2031-ci ilin yayına qədər nəzərdə tutulan sözləşmə əsasında razılıq əldə edib və fransalı hücumçu təklif olunan əməkhaqqı şərtlərini qəbul edib.

​Klublar arasında razılığın əldə olunması üçün "Liverpul" rəhbərliyi Paris təmsilçisi ilə transfer məbləğini müzakirə etməlidir. Fransa çempionu öz oyunçusunun satışı müqabilində təxminən 170 milyon avro qazanmaq niyyətindədir.

​Daha əvvəl insayder Fabrisio Romano bildirib ki, Barkolya Paris klubu ilə 2028-ci ilin yayına kimi olan mövcud müqaviləsinin müddətini uzatmaq niyyətində deyil.

​Qeyd edək ki, vinger 2025/2026 mövsümündə bütün turnirlər daxil olmaqla keçirdiyi 49 matçda 13 qol vurub və 7 məhsuldar ötürmə müəllifi olub. DÇ-2026-da isə o, meydana çıxdığı 8 oyunda 3 dəfə fərqlənib və 1 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı futbolçunun bozor dəyərini 90 milyon avro qiymətləndirir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər