U-17 dünya çempionatı: Əli Cavadlı gümüş medal qazandı - YENİLƏNİB (3)
Azərbaycanın yunan-Roma güləşçisi Əli Cavadlı Bakıda təşkil olunan U-17 dünya çempionatında gümüş medal qazanıb.
Operativ Media xəbər verir ki, 45 kq çəki dərəcəsində yarışan idmançı həlledici görüşdə amerikalı Rylen Bezer Waksa 5:13 hesabı ilə məğlub olub.
***
28.07.26 (18:08)
Azərbaycanın yunan-Roma güləşçisi Əli Cavadlı Bakıda təşkil olunan U-17 dünya çempionatında finala yüksəlib.
Operativ Media xəbər verir ki, 45 kq çəki dərəcəsində yarışan idmançı yarımfinaldakı rəqibi iranlı Esmayili Armin Amin görüşə çıxmadığı üçün adını həlledici mərhələyə yazdırıb.
***
14:17
Azərbaycanın yunan-Roma güləşçisi Əli Cavadlı Bakıda təşkil olunan U-17 dünya çempionatında yarımfinala yüksəlib.
Operativ Media xəbər verir ki, 45 kq çəki dərəcəsində yarışan idmançı 1/4 final mərhələsində gürcüstanlı Luka Bolkvadzeni 9:0 hesabı ilə məğlub edib.
***
11:16
Azərbaycanın yunan-Roma güləşçisi Əli Cavadlı Bakıda təşkil olunan U-17 dünya çempionatına qələbə ilə başlayıb.
Operativ Media-nın məlumatına görə, 45 kq çəki dərəcəsində yarışan idmançı təsnifat mərhələsində bolqarıstanlı Oqnyan Burqazovu 9:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.