Menyu

U-17 dünya çempionatı: Zöhrab Səfərov mübarizəni dayandırdı

Operativ Media
U-17 dünya çempionatı: Zöhrab Səfərov mübarizəni dayandırdı
1 dəq oxu

Azərbaycanın yunan-Roma güləşçisi Zöhrab Səfərov U-17 dünya çempionatında mübarizəyə başlayıb.

Operativ Media xəbər verir ki, 80 kq çəki dərəcəsində mübarizə aparan idmançı ukraynalı Hlib Yevsieyevə 4:7 hesabı ilə məğlub olub.

Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.

Əlaqəli Xəbərlər