Tacikistan prezidenti Orta Asiyada böyük neft emalı zavodunun tikintisini təklif edib
Tacikistan Prezidenti Emoməli Rəhmon Mərkəzi Asiyada böyük neft emalı zavodunun tikintisini nəzərdən keçirməyi təklif edib.
Operativ Media xəbər verir ki, o, bu təşəbbüsü Çolpon-Atada Mərkəzi Asiya dövlət başçıları və Azərbaycan Prezidentinin qeyri-rəsmi məsləhətləşmə görüşündə irəli sürüb.
Rəhmonun sözlərinə görə, enerji təhlükəsizliyi məsələsi regionun davamlı inkişafı üçün əsas amillərdən biridir və birgə həllər tələb edir.
"Mən müvafiq qurumlarımıza regionda ən son texnologiyalardan istifadə etməklə böyük bir neft emalı zavodunun tikintisini nəzərdən keçirməyi tapşırmağı təklif edirəm. Təbii ki, bu, ilk növbədə region ölkələrinin çox vacib neft məhsullarına olan daxili ehtiyaclarını nəzərə almalıdır", - deyə Tacikistan prezidenti bildirib.