Menyu

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük etməyi planlaşdırır

Şəfa Hüseynli
Azərbaycan Qırğızıstana neft məhsulları tədarük etməyi planlaşdırır
1 dəq oxu

Qırğızıstan və Azərbaycan neft məhsulları və enerji sektorlarında əməkdaşlığı genişləndirmək üzərində işləyirlər.

Operativ Media-nın xəbərinə görə, bu barədə Qırğızıstan energetika naziri Altınbek Rısbekov bildirib.

Onun sözlərinə görə, iki ölkənin müvafiq nazirlikləri arasında imzalanan memorandum qlobal neft bazarındakı dəyişikliklərlə bağlı məsələlərin həllinə kömək edəcək.

Nazir qeyd edib ki, tərəflər bu məsələdə razılığa gəliblər və hazırda konkret çatdırılma mexanizmləri üzərində işləyirlər.

Nazir həmçinin bildirib ki, Qırğızıstan və Azərbaycan enerji yol xəritəsi hazırlayıb və kiçik su elektrik stansiyalarının tikintisi ilə bağlı danışıqlar aparırlar. Bu sahədə konkret razılaşmalar yaxın gələcəkdə planlaşdırılır.

Əlaqəli Xəbərlər