Menyu

Beyləqanda ağır yol qəzası olub - YENİLƏNİB

Operativ Media
Beyləqanda ağır yol qəzası olub - YENİLƏNİB

Beyləqanda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların son durumu açıqlanıb.

Operativ Media xəbər verir ki, hadisə nəticəsində xəsarət alan şəxslər saat 18:00 radələrində Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar.

Xəsarət alanlara zəruri tibbi yardım göstərildikdən sonra ixtisaslı tibbi yardımın davam etdirilməsi məqsədilə Saatlı Rayon Mərkəzi Xəstəxanasına və İmişli Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunublar.

Qeyd olunub ki, hadisə nəticəsində 1972-ci il təvəllüdlü bir kişinin həkiməqədər ölüm faktı qeydə alınıb.

20:10

Beyləqanda iki minik avtomobilinin toqquşması nəticəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Operativ Media xəbər verir ki, qəza nəticəsində bir nəfər hadisə yerində ölüb, üç nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Əliyev Əlizamin Şəfa oğlu, Məmmədov Zəfər Gülmirzə oğlu və Həsənov Həsən Əbilqasım oğlu Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Qəza zamanı avtomobildə olan Əliyev Şəfa Süleyman oğlu aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər