U-17 DÇ: Tunar Həsənov 1/4 finalında məğlub olub - YENİLƏNİB
Azərbaycanın sərbəst güləşçisi Tunar Həsənov Bakıda keçirilən U-17 dünya çempionatında 1/4 final mərhələsində məğlub olub.
Operativ Media xəbər verir ki, 45 kq çəki dərəcəsində mübarizə aparan idmançı Gürcüstan təmsilçisi Luka Dotiaşviliyə 4:5 hesabı ilə uduzub.
Tunar Həsənov 1/8 finalda bolqarıstanlı Radoslav Velikovu 4:1 hesabı ilə məğlub etmişdi.
***
15:00
Azərbaycanın sərbəst güləşçisi Tunar Həsənov Bakıda keçirilən U-17 dünya çempionatına qələbə ilə başlayıb.
Operativ Media xəbər verir ki, 45 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/8 finalda Bolqarıstan təmsilçisi Radoslav Velikovu 4:1 hesabı ilə məğlub edərək 1/4 finala vəsiqə qazanıb.
Qeyd edək ki, dünya çempionatı Bakıda yerləşən Milli Gimnastika Arenasında keçirilir.
Yarışda 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi iştirak edir. Azərbaycan mundialda 29 pəhləvanla təmsil olunur.