Menyu

İbrahim Həsənov Bakıda keçirilən U-17 dünya çempionatında yarımfinala vəsiqə qazanıb

Operativ Media
İbrahim Həsənov Bakıda keçirilən U-17 dünya çempionatında yarımfinala vəsiqə qazanıb

Azərbaycanın sərbəst güləşçisi İbrahim Həsənov Bakıda keçirilən U-17 dünya çempionatında yarımfinala vəsiqə qazanıb.

Operativ Media xəbər verir ki, 51 kq çəki dərəcəsində çıxış edən idmançı 1/4 finalda Hindistan təmsilçisi Qovind Qovindi 10:3 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib.

İbrahim Həsənov mundialın 1/8 finalında Gürcüstan təmsilçisi Giorgi Narimanidzeni 4:2 hesabı ilə üstələmişdi.

Qeyd edək ki, dünya çempionatı Bakıda yerləşən Milli Gimnastika Arenasında keçirilir.

Yarışda 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi iştirak edir. Azərbaycan mundialda 29 pəhləvanla təmsil olunur.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər