Menyu

"İnter Mayami" Kevin De Brün transferini hədəfləyir

Operativ Media
"İnter Mayami" Kevin De Brün transferini hədəfləyir

ABŞ-nin "İnter Mayami" klubu İtaliyanın "Napoli" komandasında çıxış edən təcrübəli yarımmüdafiəçi Kevin De Brünü heyətinə qatmaq niyyətindədir.

​Operativ Media xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb. Mənbənin iddiasına əsasən, Mayami təmsilçisi 35 yaşlı belçikalı futbolçunu Lionel Messi, Luis Suares və Rodriqo De Paul kimi ulduzlarla eyni heyətdə birləşdirməyi hədəfləyir.

​Məlumatda bildirilir ki, 2025-ci ilin yayında "İnter Mayami" və "San Diyeqo" De Brün ilə danışıqlar aparsa da, yarımmüdafiəçi karyerasını Avropada davam etdirməyə qərar vermişdi. Hazırda isə futbolçunun Şimali Amerika Liqasına (MLS) keçidi yenidən aktuallaşıb. "İnter Mayami" ilə yanaşı, "Çikaqo Fayr" və "San Diyeqo" klubları da prosesi diqqətlə izləyirlər.

​Qeyd edilib ki, təcrübəli oyunçu 2025/2026 mövsümündə meydana çıxdığı 21 rəsmi matçda 5 qol vurub və 4 məhsuldar ötürmə müəllifi olub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər