Menyu

Xətai rayonunun bəzi küçələrinin qaz təchizatında fasilə yaranıb

Operativ Media
Xətai rayonunun bəzi küçələrinin qaz təchizatında fasilə yaranıb
1 dəq oxu

03.08.2026-cı il tarixində Bakının Xətai rayonunun bir sıra küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranıb.

Bu barədə Operativ Media-ya "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, aşkar olunmuş qaz sızmasının aradan qaldırılması ilə əlaqədar saat 11:30-dan etibarən Xətai rayonunun M. Hadi, X. Məmmədov, K. Kərimov və Cavanşir küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranıb.

Qazın verilməsi yaxın saatlarda bərpa olunacaq.

Əlaqəli Xəbərlər