Hövsanın bəzi ərazilərində içməli suyun verilməsində fasilə yaranacaq
Operativ Media
Magistral su xəttinin qəzalı hissəsinin təmir-bərpa işləri ilə bağlı Hövsan qəsəbəsinin bəzi ərazilərinə gün ərzində içməli suyun verilməsində fasilə yaranacaq.
Bu barədə Operativ Media-ya Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.
"Müvəqqəti narahatlığa görə abonentlərdən üzr istəyirik", - qurum qeyd edib.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma