Tailandda keçirilən oyun zamanı ildırım vurması nəticəsində futbolçu həyatını itirib
Şəfa Hüseynli
Tailandın cənubunda keçirilən oyun zamanı ildırım vurması nəticəsində bir taylandlı futbolçu həlak olub, daha doqquz oyunçu isə yaralanıb.
Operativ Media xəbər verir ki, bu barədə "Banqkok Post" qəzeti məlumat yayıb.
Hadisə Narathiwat əyalətində Malayziya idmançılarının da qatıldığı Golok FA Cup 2026 regional turniri zamanı baş verib.
Ölən şəxsin 24 yaşlı Tailand futbolçusu Sofvan Ave olduğu müəyyən edilib. Komanda yoldaşları meydanda ilk tibbi yardım göstərməyə çalışsalar da, onu xilas edə bilməyiblər. İldırım vurması nəticəsində səkkiz Tailand vətəndaşı xəstəxanaya yerləşdirilib.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma