Menyu

"İnter"in müdafiəçisi "Qalatasaray"ın təklifini rədd edib

Operativ Media
"İnter"in müdafiəçisi "Qalatasaray"ın təklifini rədd edib
1 dəq oxu

İtaliyanın "İnter" klubunun müdafiəçisi Benjamin Pavar Portuqaliyanın "Benfika" və Türkiyənin "Qalatasaray" klublarından gələn transfer təkliflərini geri çevirib.

​Operativ Media xəbər verir ki, bu barədə "Tuttosport" nəşri məlumat yayıb.

​Məlumata görə, 30 yaşlı fransalı müdafiəçi ilə Səudiyyə Ərəbistanı təmsilçiləri, xüsusilə də "Əl-İttihad" klubu yaxından maraqlanır.

​Təcrübəli futbolçunun İtaliya klubu ilə 2028-ci ilə qədər qüvvədə olan müqaviləsi var. Ötən mövsümü icarə əsasında "Marsel"də keçirən Pavar, meydana çıxdığı 37 matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

​Qeyd edək ki, "Transfermarkt" portalı oyunçunun bozar dəyərini 12 milyon avro qiymətləndirir.

Əlaqəli Xəbərlər