Menyu

Bakıda “Türk Dövlətləri Təşkilatının Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransı” keçiriləcək

Operativ Media
Bakıda “Türk Dövlətləri Təşkilatının Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransı” keçiriləcək

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) və Türk Dövlətləri Təşkilatının (TDT) birgə təşkilatçılığı ilə sentyabrın 16-da “Gülüstan” sarayında “Türk Dövlətləri Təşkilatının Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransı” keçiriləcək.

İİTKM-dən Operativ Media-ya bildirilib ki, “Türk Dövlətləri Təşkilatında iqtisadi əməkdaşlığın davamlı məsləhətləşmələr və birgə tədqiqatlar vasitəsilə gücləndirilməsi” mövzusuna həsr olunmuş konfrans qlobal iqtisadi sistemdə baş verən transformasiyalar fonunda Türk dövlətləri arasında iqtisadi inteqrasiyanın dərinləşdirilməsi, ortaq tədqiqat platformalarının yaradılması və institusional əməkdaşlığın gücləndirilməsi məqsədini daşıyır.

Tədbir yüksək səviyyəli beynəlxalq platforma kimi dövlət qurumlarının nümayəndələrini, aparıcı analitik mərkəzlərin rəhbərlərini, akademik dairələri, beynəlxalq təşkilatların təmsilçilərini, maliyyə institutlarını və biznes ictimaiyyətini bir araya gətirəcək. Konfransın məqsədi yalnız elmi və analitik müzakirələrin təşkili deyil, həm də Türk dünyasında uzunmüddətli tədqiqat şəbəkələrinin formalaşdırılması, ekspertlər arasında davamlı dialoqun inkişaf etdirilməsi və siyasət qərarlarının elmi əsaslarla dəstəklənməsinə töhfə verməkdir.

Konfrans proqramına uyğun olaraq üç əsas panel təşkil olunacaq. Birinci paneldə Orta Dəhlizin regional inteqrasiya və infrastruktur əsaslı inkişafın katalizatoru kimi rolu, ikinci paneldə Türk Dövlətləri Təşkilatı ölkələri arasında ticarət-iqtisadi əlaqələrin mövcud vəziyyəti və inkişaf potensialı, üçüncü paneldə isə dayanıqlı inkişaf naminə innovasiya, iqtisadi transformasiya, rəqəmsallaşma və süni intellekt əsaslı inkişaf modelləri müzakirə ediləcək. Panel sessiyalarında Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin aparıcı beyin mərkəzlərinin rəhbərləri, tanınmış alimlər və beynəlxalq ekspertlər çıxış edəcəklər.

“Türk Dövlətləri Təşkilatının Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransı”nın nəticələrinin Türk dünyasında iqtisadi inteqrasiyanın dərinləşdirilməsinə, ortaq iqtisadi məkanın formalaşmasına, tədqiqat və innovasiya əməkdaşlığının genişlənməsinə, eləcə də “Türk Dünyası Vizyonu–2040” sənədində müəyyən edilmiş strateji hədəflərin həyata keçirilməsinə töhfə verəcəyi gözlənilir.

Konfrans haqqında ətraflı məlumat və qeydiyyat üçün: https://turkicthinktanks.ereforms.org/

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər