Menyu

Hikmət Hacıyev Azərbaycan ərazisinin "Mossad" tərəfindən istifadə edilməsi iddialarına münasibət bilirib

Operativ Media
Hikmət Hacıyev Azərbaycan ərazisinin "Mossad" tərəfindən istifadə edilməsi iddialarına münasibət bilirib
1 dəq oxu

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan ərazisinin "Mossad" tərəfindən istifadə edilməsi iddialarına münasibət bilirib.

Operativ Media-nın xəbərinə görə, Hikmət Hacıyev vurğulayıb ki, Azərbaycan İranı qardaş ölkə hesab edir. Azərbaycan üçün ərazilərin azadlığı və suverenliyi fundamental prinsipdir.

O bildirib ki, Azərbaycan heç vaxt öz ərazisindən qonşu ölkəyə müdaxiləyə imkan verməz. 

"İsrailin Azərbaycan ərazisindən istifadə etməsi iddiası texniki baxımdan da mümkünsüzdür. Çünki bunun üçün onların Türkiyə ərazisindən keçməsi lazımdır ki, nə Türkiyə, nə də Azərbaycan buna icazə verər. Bu cür iddialar sırf çirkin təbliğat elementləridir", - H. Hacıyev qeyd edib.

Əlaqəli Xəbərlər