Menyu

Acun Ilıcalının klubu yunanıstanlı qapıçı transfer etdi

Operativ Media
Acun Ilıcalının klubu yunanıstanlı qapıçı transfer etdi
1 dəq oxu

İngiltərə Premyer Liqasının yeni təmsilçisi "Hall Siti" Yunanıstan milli komandasının qapıçısı Konstantinos Tzolakisin transferini rəsmən açıqlayıb.

​Operativ Media xəbər verir ki, türk iş adamı Acun Ilıcalının sahibi olduğu İngiltərə klubu bu keçid üçün "Olimpiakos"a ödənilən məbləğlə öz rekordunu yeniləyib.

​Klubun yaydığı bəyanatda 23 yaşlı qolkiperlə 2031-ci ilin yayına qədər nəzərdə tutulan 5 illik müqavilə bağlandığı diqqətə çatdırılıb.

​"Transfermarkt" portalının məlumatına görə, "Hall Siti" yunanıstanlı futbolçunun keçidi üçün qarşı tərəfə 23.3 milyon avro tazminat ödəyib.

Əlaqəli Xəbərlər