Menyu

"Sumqayıt" braziliyalı yarımmüdafiəçi transfer etdi

Operativ Media
"Sumqayıt" braziliyalı yarımmüdafiəçi transfer etdi
1 dəq oxu

2026/27 mövsümü üçün heyət çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçu keçidini reallaşdırıb.

Operativ Media xəbər verir ki, “kimyaçılar” Braziliyanın “Ferroviario” komandasından yarımmüdafiəçi Lukas Bleki transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 26 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Blek “Sumqayıt”da “55” nömrəli formada çıxış edəcək.

Əlaqəli Xəbərlər