Menyu

Yozef Blatter FİFA-ya qadın rəhbərin gətirilməsini təklif edib

Operativ Media
Yozef Blatter FİFA-ya qadın rəhbərin gətirilməsini təklif edib

Beynəlxalq Futbol Federasiyasının (FİFA) keçmiş prezidenti Yozef Blatter təşkilatın yeni rəhbəri vəzifəsinə Norveç Futbol Assosiasiyasının prezidenti Liza Klavenessin namizədliyini dəstəkləyib.

​Operativ Media xəbər verir ki, keçmiş futbol funksioneri sosial şəbəkə hesabında 45 yaşlı Klavenessin ali futbol qurumuna rəhbərlik etməyə layiq olduğunu bildirib. Blatter onun hər zaman aydın mövqe nümayiş etdirdiyini, ümumi tendensiyalara kor-koranə uymadığını vurgulayaraq, artıq FİFA-ya bir qadının başçılıq etmə vaxtının gəldiyini qeyd edib.

​Məlumat üçün bildirək ki, Norveç yığmasının sabiq üzvü olan və milli komandanın heyətində 73 oyuna çıxan Liza Klaveness 2022-ci ildən yerli futbol assosiasiyasına rəhbərlik edir. FİFA prezidentliyinə növbəti seçkilər isə martın 18-də Mərakeşdə təşkil olunacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər