Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib
Böyük Britaniya Xarici İşlər Nazirliyi Rusiyaya qarşı sanksiyaları genişləndirib və 19 qurumu "qara siyahıya" əlavə edibə
Operativ Media bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Siyahıda13 fiziki və hüquqi şəxs, eləcə də altı gəmi qeyd olunub.
Sanksiyalar Rusiyanın altı maliyyə qurumuna tətbiq edilib: Ozon Bank, Rusiyanın İxrac-İdxal Bankı, Mərkəzi İnvest Bank, Realist Bank, Stavr və Teleport Bank.
Britaniya maliyyə qurumlarına yuxarıda adı çəkilən banklarla müxbir bankçılıq münasibətləri saxlamaq və onların hesablarına, hesablarından və ya hesabları vasitəsilə pul köçürmələri etmək qadağan edilib.
Həmçinin, Rusiyanın enerji sektorunda fəaliyyət göstərən Northern Engineering MMC şirkətinə sanksiyalar tətbiq edilib.
Sanksiyalar həmçinin dörd Rusiya şirkətinə - Metalkomplekt, Nikom, Promsiz və Technolux şirkətlərinə də tətbiq edilib. Onlar Ukraynanın qeyri-sabitliyinə və ərazi bütövlüyünə təhdid yarada biləcək mal və texnologiyaların tədarükündə ittiham olunurlar.