Məhəmməd Salah Türkiyədə nə qədər qazanacaq? – Rəqəm bəlli oldu
Türkiyənin "Trabzonspor" klubu misirli ulduz futbolçu Məhəmməd Salah ilə 2 illik müqavilə bağladığını açıqlayıb.
Operativ Media xəbər verir ki, tibbi müayinədən uğurla keçdikdən sonra Trabzona yollanan hücumçu ilə razılaşmanın təfərrüatları İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) təqdim olunub.
Bildirilib ki, Karadeniz təmsilçisi təcrübəli oyunçuya hər mövsüm üçün 10 milyon avro məvacib və 7 milyon avro imza haqqı ödəyəcək. Müqavilədə, həmçinin performans göstəricilərinə əsaslanan əlavə bonuslar nəzərdə tutulub.
İmic hüquqlarına dair əldə olunan razılığa əsasən, "Məhəmməd Salah" brendi altında satılacaq klub məhsullarının gəlirindən futbolçuya 20 faiz pay ayrılacaq. Misirli ulduzun menecerinə isə xidmət haqqı kimi ümumi məbləğin brüt dəyərinin 5 faizi həcmində ödəniş ediləcək.
Qeyd edək ki, 2017-2026-cı illərdə "Liverpul"un formasını geyinən 34 yaşlı hücumçu bu yay İngiltərə klubundan ayrılıb. O, Mersisayd təmsilçisinin heyətində keçirdiyi 315 rəsmi qarşılaşmada 191 qola imza atıb.