Menyu

"Mançester Yunayted" türkiyəli qapıçını İspaniya klubuna göndərir

Operativ Media
"Mançester Yunayted" türkiyəli qapıçını İspaniya klubuna göndərir

​İngiltərənin "Mançester Yunayted" klubu heyətində yer alan iki qapıçısının başqa komandalara keçidinə razılıq verib.

​Operativ Media xəbər verir ki, Türkiyə milli komandasının üzvü Altay Bayındır icarə əsasında İspaniyanın "Selta" klubuna, Radek Vitek isə tam transfer hüquqları ilə "Midlsbro"ya keçir.

​Tərəflər futbolçuların tibbi müayinədən keçməsinə artıq yaşıl işıq yandırıblar. Vitekin transfer məbləği 7 milyon funt-sterlinq təşkil edəcək, müxtəlif bonuslarla bu rəqəm 14 milyon funt-sterlinqə qədər yüksələ bilər. Müqavilə şərtlərinə əsasən, "Mançester Yunayted" oyunçunun növbəti satışından 35 faiz pay alacaq və onu geri satın almaq hüququnu özündə saxlayacaq.

​Altay Bayındır isə cari mövsümün sonuna qədər "Selta"da icarədə çıxış edəcək. 28 yaşlı qolkiperin mançesterlilərlə mövcud müqaviləsi bir ildən sonra başa çatır. İngiltərə təmsilçisinin sözləşməni daha bir il uzatmaq opsiyası olsa da, klubun bu hüquqdan istifadə edib-etməyəcəyi hələ ki dəqiq deyil.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər