Menyu

"Şamaxı” və “Qəbələ” akademiyalarında maarifləndirici təlimlər keçirilib

Operativ Media
"Şamaxı” və “Qəbələ” akademiyalarında maarifləndirici təlimlər keçirilib

AFFA-nın Futbolun İnkişafı Departamenti tərəfindən ölkənin futbol akademiyalarında həyata keçirilən maarifləndirici təlim proqramı çərçivəsində növbəti görüşlər “Şamaxı” və “Qəbələ” akademiyalarında təşkil olunub.

Operativ Media AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, təlimlər AFFA-nın Futbolun İnkişafı Departamentinin rəhbəri Sərxan Hüseynov, fiziki hazırlıq üzrə ekspert Turcay Əhmədov, Eyeball platforması üzrə layihə meneceri Ziya Əskərov, akademiyalar üzrə supervayzer Sakit Rzayev və koordinator Səid Abasov tərəfindən keçirilib.

Proqram çərçivəsində məşqçilərlə AFFA-nın 5 Ulduz Akademiya İnkişaf Modeli, futbol akademiyalarında vahid inkişaf modelinin tətbiqi, Oyun Modeli (Game Model), Oyunçu İnkişaf Yolu (Player Pathway), məşq prosesinin planlaşdırılması, oyunçu profillərinin müəyyənləşdirilməsi, inkişaf mərhələlərinə uyğun məşq məzmununun hazırlanması və dünya səviyyəli futbolçuların yetişdirilməsi prinsipləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Təlim zamanı 5 Ulduz Akademiya İnkişaf Modelinin məqsədi, qiymətləndirmə meyarları, tətbiq mexanizmi və akademiyaların uzunmüddətli inkişafındakı rolu barədə iştirakçılara ətraflı məlumat verilib.

Sessiyalarda həmçinin futbolçuların meydandan kənar həyat tərzi və peşəkar davranış vərdişləri, yaş qrupları üzrə fiziki hazırlığın planlaşdırılması, eləcə də akademiyanın bütün yaş kateqoriyalarında vahid məşq və oyun terminologiyasının formalaşdırılmasının əhəmiyyəti müzakirə olunub.

Futbolçu inkişafının planlaşdırılması, monitorinqi və qiymətləndirilməsi üçün nəzərdə tutulmuş Eyeball platformasının təqdimatı keçirilib. Təqdimat zamanı platformanın əsas funksiyaları, akademiyalarda tətbiq imkanları, oyunçu inkişafının rəqəmsal mühitdə izlənilməsi və idarə olunmasına verdiyi üstünlüklər iştirakçıların diqqətinə çatdırılıb.

Təlim proqramı qarşıdakı dövrdə də ölkənin müxtəlif futbol akademiyalarında və kiçik futbol məktəblərində davam etdiriləcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər