Menyu

"Mançester Siti" "Çelsi"nin yarımmüdafiəçisi Enso Fernandesi heyətinə qatmaq istəyir

Operativ Media
"Mançester Siti" "Çelsi"nin yarımmüdafiəçisi Enso Fernandesi heyətinə qatmaq istəyir

İngiltərənin "Mançester Siti" klubu komandadan ayrılmağa yaxın olan Rodrinin əvəzedicisi kimi "Çelsi"nin yarımmüdafiəçisi Enso Fernandesin xidmətində maraqlıdır.

​Operativ Media xəbər verir ki, bu barədə italyan jurnalist Canluka Di Martsio məlumat yayıb. Bildirilib ki, "şəhərlilər"in baş məşqçisi Enso Maresca 25 yaşlı argentinalı futbolçunun transferində şəxsən maraqlıdır. Lakin London təmsilçisinin oyunçunu çox yüksək qiymətləndirməsi səbəbindən bu keçidin reallaşması hələlik sual altındadır.

​Məlumata görə, bir qədər əvvəl Rodrinin agenti də futbolçunun "Barselona"ya keçmək qərarı verdiyini təsdiqləyib.

​Qeyd edək ki, Enso Fernandes 2023-cü ildən "Çelsi"də çıxış edir və onun klubla müqavilə müddəti 2032-ci il iyunun 30-dək nəzərdə tutulub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər