Qazaxıstan millisi niderlandlı baş məşqçiyə tapşırıldı
Niderlandlı mütəxəssis Con van’t Sxip Qazaxıstanın futbol üzrə milli komandasının yeni baş məşqçisi təyin edilib.
Operativ Media xəbər verir ki, 62 yaşlı mütəxəssisin təyinatı Qazaxıstan Futbol Federasiyasında keçirilən rəsmi təqdimat mərasimində elan olunub.
Yeni baş məşqçinin korpusunda Nurbol Jumaşqaliyev və Yeldos Ahmetov köməkçi, Yuri Novikov qapıçılar üzrə məşqçi, Vadim Borovski fiziki hazırlıq üzrə mütəxəssis, Timur Kusainov isə analitik fəaliyyət göstərəcək.
Təcrübəli mütəxəssis daha əvvəl Yunanıstan və Ermənistan yığmalarını çalışdırıb, həmçinin Niderland milli komandasının məşqçilər heyətində yer alıb. Van’t Sxip 2006–2008-ci illərdə yığmaya rəhbərlik etmiş Arno Paypersdən sonra Qazaxıstan milisini həvalə edilən ikinci niderlandlı mütəxəssisdir.
Qeyd olunub ki, komandanın əvvəlki baş məşqçisi Talgat Baysufinov bir aydan çoxdur ki, öz xahişi ilə postunu tərk edib. Qazaxıstan yığması Con van’t Sxipin rəhbərliyi altında ilk rəsmi matçını sentyabrın 26-da Millətlər Liqası çərçivəsində Farer adaları seçməsinə qarşı keçirəcək.