Menyu

Azərbaycan güləş yığmalarının U-20 dünya çempionatı üçün heyəti müəyyənləşib

Operativ Media
Azərbaycan güləş yığmalarının U-20 dünya çempionatı üçün heyəti müəyyənləşib

Güləş üzrə Azərbaycan milli komandalarının Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək U-20 dünya çempionatı üçün heyəti açıqlanıb.

Azərbaycan Güləş Federasiyasından Operativ Media-ya verilən məlumata görə, avqustun 16-dan 23-dək təşkil oolunacaq mundialın açılışını yunan-Roma güləşi üzrə yığmanın üzvləri edəcəklər.

Millinin heyətində Emin Cavadlı (55 kiloqram), Ayxan Cavadov (60 kq), Tural Əhmədov (63 kq), Murad Əliyev (67 kiloqram), Kamran Rəcəbli (72 kiloqram), Cavidan Nehmətov (77 kiloqram), Elmin Əliyev (82 kiloqram), Orxan Hacıyev (87 kiloqram), Rihad İbrahimli (97 kiloqram) və Mikayıl İsmayılov (130 kiloqram) məsul yarışda qüvvəsini sınayacaq.

Daha sonra isə mübarizəyə qadın güləşçilər qoşulacaqlar. Burada Esra Məmmədli (53 kiloqram), Günay Qurbanova (57 kiloqram), Ruzanna Məmmədova (59 kiloqram) və Zəhra Kərimzadə (72 kiloqram) medal qazanmağa çalışacaqlar.

Yarışın sonlarında isə sərbəst güləş üzrə Muhəmməd İsmayılov (57 kiloqram), Camal Abbasov (61 kiloqram), Bəşir Verdiyev (65 kiloqram), Hacı Kərimov (70 kiloqram), İsmayıl Rəhimli (74 kiloqram), Elcan İsmayılzadə (79 kiloqram), Məhəmməd Abbaszadə (86 kiloqram), Hüseyn Məmmədtağızadə (92 kiloqram), Fərhad Süleymanlı (97 kiloqram) və Yusif Dursunov (125 kiloqram) mübarizə aparacaqlar.

Yarışda gündüz seansı Bakı vaxtı ilə saat 12:00-da başlayacaq. Medal görüşləri isə saat 20:00-da start götürəcək.

Qeyd edək ki, dünya çempionatında Azərbaycanın I dərəcəli hakimləri Tural Əliyev və Vüqar Şükürov ədaləti qoruyacaqlar.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər