Litva səfirliyi "Sabah"ı tarixi qələbə münasibətilə təbrik edib
Operativ Media
Litvanın Azərbaycandakı səfirliyi “Sabah” klubunu UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Danimarka çempionu “Orhus” üzərində qazandığı 4:0 hesablı qələbə münasibətilə təbrik edib.
Operativ Media xəbər verir ki, bu haqda səfirliyin sosial şəbəkə hesabında paylaşım edilib
Paylaşımda Azərbaycan klubunun baş məşqçi Valdas Dambrauskasın rəhbərliyi altında möhtəşəm qələbə qazandığı vurğulanıb.
Qeyd olunub ki, “Sabah” iki oyunun nəticəsinə əsasən 5:2 hesabı ilə qalib gələrək Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb.
“Sabah”ın, baş məşqçi Valdas Dambrauskasın, məşqçilər korpusunun, futbolçuların və azarkeşlərin təbrik edildiyi paylaşımda bu nəticənin klub üçün tarixi gecə olduğu bildirilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net