Menyu

İlin son Günəş tutulması başlayıb

Operativ Media
İlin son Günəş tutulması başlayıb

Bu ilin ikinci və son Günəş tutulması başlayıb.

Operativ Media xəbər verir ki, Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən xəbərə görə Günəş tutulması Bakı vaxtı ilə 23:57-də başa çatacaq.

"Qismən tutulma saat 19:34-də başlayıb və saat 23:57-də sona çatacaq. Tutulma hadisəsi təxminən 4 saat 24 dəqiqə davam edəcək. Tutulmanın maksimumu saat 21:46-ya təsadüf edəcək. Mərkəzi tutulma saat 20:57-də başlayacaq və saat 22:30-da başa çatacaq. Tam tutulma zamanı Ayın kölgə konusu Yer səthini kəsir (Ay Yerə kifayət qədər yaxın məsafədə olur və Günəşi tamamilə örtür). Ayın kölgəsinin orta uzunluğu 373 min 320 kilometrdir. Bu gün isə Yer və Ay arasındakı məsafə 359 min 445 kilometr təşkil edir. Bu halda Ayın görünən diametri Günəş diskinin görünən diametrindən 1,0386 dəfə böyük olur" , - məlumatda vurğulanıb.

İlin ilk Günəş tutulması kimi son Günəş tutulması da Azərbaycandan müşahidə olunmayacaq.

Azərbaycandan müşahidə edilən son Günəş tutulması 25 oktyabr 2022-ci ildə baş vermiş qismən Günəş tutulması olub.

Növbəti müşahidə edilə biləcək tutulma isə 2 avqust 2027-ci ildə baş verəcək. Bu tutulma tam Günəş tutulması olsa da, Azərbaycandan tam kölgə zolağından kənarda qaldığı üçün yalnız qismən tutulma fazasını izləmək mümkün olacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər