Yevlaxda iki nəfər qəzada ölüb - YENİLƏNİB
Yevlax rayonunun Salahlı kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 2 nəfər (kişi) 12.08.2026-cı il tarixində saat 19:10 radələrində Yevlax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Operativ Media xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.
Hazırda onların müalicələri Reanimasiya şöbəsində davam etdirilir, vəziyyətləri ağırdır.
21:02
Yevlaxda iki nəfərin ölümü ilə nəticələnə yol qəzası baş verib.
Operativ Media xəbər verir ki, hadisə Mingəçevir - Atan qəsəbəsi yolunun Yevlax rayonu Salahlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Naz Lifan" və "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər hadisə yerində ölüb, üç nəfər isə yaralanıb.
Faktla bağlı araşdırma aparılır.