Menyu

Kolumbiyada mədəndə partlayış baş verib

Operativ Media
Kolumbiyada mədəndə partlayış baş verib

Kolumbiyanın mərkəzində yerləşən Kundinamarka departamentində kömür mədənində baş verən partlayış nəticəsində 6 mədənçi həlak olub.

Operativ Media xəbər verir ki, hadisə Kukunuba şəhərindəki “El Porvenir 1” kömür mədənində qeydə alınıb.

Kundinamarka qubernatoru Xorxe Emilio Rey xilasetmə əməliyyatının başa çatdığını və mədəndə qalan 6 nəfərin ölü tapıldığını açıqlayıb: “Kukunubadakı “El Porvenir 1” mədənində qalmış altı nəfərin ölü tapıldığını təəssüflə bildiririk”.

Qubernatorun sözlərinə görə, mədən rəsmiləşdirmə mərhələsində olan Xüsusi Ehtiyat Sahəsinin bir hissəsidir və yaxın vaxtlarda Milli Mədən Agentliyi tərəfindən yoxlanılıb.

Yoxlama zamanı təhlükəsizliklə bağlı təkmilləşdirilməsinə ehtiyac olan problemlər müəyyən edilib. Bundan sonra təkmilləşdirmə planı həyata keçirilənədək mədəndə işlərin dayandırılması barədə qərar verilib.

Xorxe Emilio Rey bildirib ki, səlahiyyətli qurumlar işlərin dayandırılması barədə göstəriş verməsinə baxmayaraq, mədəndə niyə material çıxarılmasına davam edildiyini araşdıracaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər