Yaşıllıqlara 81 min manatdan çox ziyan vurulub
Operativ Media
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı, Gəncə şəhərləri və Quba rayonu ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.
Bu barədə Operativ Media-ya Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.
Bildirilib ki, araşdırma zamanı Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Ülvi Rəcəb küçəsi, Binəqədi rayonu Biləcəri qəsəbəsi Asəf Zeynallı küçəsi, Binəqədi rayonu 7-ci mikrorayon İlham Hacıyev küçəsi, Gəncə şəhəri Nağı bəy Şeyxzamanlı küçəsi, Quba şəhəri və Quba rayonunun Qəçrəş kəndi ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 81 820 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Qeyd olunub ki, hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net